Events & Production
Yerli və beynəlxalq tədbirlər
Mədəniyyət festivallarından korporativ tədbirlərə, dövlət və beynəlxalq forumlara qədər 30-dan çox tədbirin təşkilinə rəhbərlik etmişəm. BMT ilə əlaqəli tədbirlər də daxil olmaqla, 300-dən 4 000 nəfərədək iştirakçısı olan layihələrdə çalışmışam.

Layihə haqqında
İllər ərzində mədəniyyət festivallarından biznes forumlarına və beynəlxalq konfranslara qədər 30-dan çox yerli və beynəlxalq tədbirin təşkilində iştirak etmişəm. Onların arasında Nəsimi Festivalı, Innoweek, UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyası və Bakı Beynəlxalq Humanitar Forumu da var. Əsasən prodakşn, logistika və tədbir məkanlarında komandaların koordinasiyası ilə məşğul olmuşam.